"Qalatasaray"dan uğursuz start - Video

"Qalatasaray"dan uğursuz start - Video
Futbol, Video
17 Avqust 2019 - 08:12
Türkiyə Superliqasında 2019/20 mövsümünə start verilib.

Supersport.Az xəbər verir ki, açılış oyununda son çempion "Qalatasaray" 9 il sonra Superliqada mübarizə aparan "Dənizlispor"un qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray" 7 mövsüm sonra ilk turda məğlub olub.

İstanbul klubunun futbolçusu Selçuk İnanın 29-cu dəqiqədə penaltisini qolkiper Staçovyak qaytarıb. Markao isə 35 və 44-cü dəqiqələrdə sarı vərəqələrin ardından qırmızı kartla cəzalanaraq, komandasını azlıqda qoyub.

Turun digər görüşləri qarşıdakı üç gün ərzində keçiriləcək.

16 avqust

Türkiyə Supeliqası, 1-ci tur

21:30. "Dənizlispor" – "Qalatasaray" - 2:0


Qollar: Niyaz, 75. Rodalleqa, 90+4

 

17 avqust

20:15. "Gənclərbirliyi" – "Rizəspor"

22:45 "Kayserispor" – "Alanyaspor"

22:45 "Sivasspor" – "Beşiktaş"

18 avqust

20:15. "Göztəpə" – "Antalyaspor"

20:15. "Konyaspor" – "Ankaragücü"

22:45. "Kasımpaşa" – "Trabzonspor
"
22:45. "Yeni Malatyaspor" – "Başakşəhər"

19 avqust

21:00. "Fənərbaxça" – "Qazişəhər"

Digər xəbərlər