"Qarabağ" 250 min avroluq qolkiperlə maraqlanır

"Qarabağ" 250 min avroluq qolkiperlə maraqlanır
Futbol, Eksklüziv
14 Avqust 2019 - 19:30
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Avroliqada mübarizəni davam etdirəcək "Qarabağ" Türkiyə Superliqasında mübarizə aparan "Yeni Malatyaspor"un keçmiş qapıçısı Ertac Özbiri heyətinə cəlb edə bilər.

Qolkiperin qardaşı, təmsilçisi, məşqçi Salih Özbir açıqlamasında Azərbaycan klubundan təklif gəldiyini bildirsə, konkret ad açıqlamayıb.

O, deyib ki, 8 klubdan dəvət gəlib:

"Beşiktaş", "Erzurumspor"dan təklif gəlib. 8 komanda sırasında Bundesliqa 2-dən də var. Azərbaycandan da təklif gəlib. Hansı komanda olduğunu açıqlamaq istəmirəm. Ertacın hədəfi böyükdür. "Xeyirlisi olsun" deyirəm".

29 yaşlı Ertac Özbirin qiymətinin 250 min avro olduğu bildirilir.

Qolkiper, ötən mövsüm 10 oyunda start heyətdə yer alıb, 900 dəqiqə meydanda olub, 15 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb, 24 qurtarış edib.

 

Digər xəbərlər