Mahir Emreli: "Tənqidləri normal qəbul edirəm" - Video

Mahir Emreli: "Tənqidləri normal qəbul edirəm" - Video
Futbol, Eksklüziv, Video
11 Avqust 2019 - 21:42
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Apoel"i Kiprdə məğlub edən "Qarabağ"ın hücumçusu Mahir Emreli Supersport.Az-a açıqlama verib.

Komandasının səfərdə ilk qolunu vuran 22 yaşlı futbolçu, heç nəyin bitmədiyini, cavab qarşılaşmasının daha çətin keçəcəyini bildirib:

"Ağır oyun oldu. Allaha şükürlər olsun kii, qələbə qazana bildik. Əsas odur qalib gəldik. Düşünürəm ki, heç nə bitməyib. Mərhələ keçdiyimizi söyləmək düzgün olmazdı. Bakıda bizi daha çətin oyun gözləyir. Hazırlaşmağa vaxtımız var. İnşAllah xeyirlisi olar".

Tənqidləri normal qəbul etdiyini deyən Qarabağ klubunun əsas silahlarından biri, komandasının uğurları üçün səylə çalışdığını söyləyib:

"Hücumçuyam qol vurmalıyam. Tənqidləri normal qəbul edirəm. Ancaq qol vurmaqdan önəmli komandamın qələbə qazanmasıdır".

PAOK - "Ayaks" cütü haqda danışmaq istəməyən "Qarabağ"ın forvardı, "Üçüncü mərhələni keçək, sonra pley-off barədə danışarıq" deyib.

Digər xəbərlər