"Apoel"də 3 itki

"Apoel"də 3 itki
Futbol
11 Avqust 2019 - 19:18
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Apoel"də itkilərin sayı artıb.

Supersport.Az Kipr mətbuatına istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin müdafiəçisi Praksitelis Vuros sıradan çıxıb.


Son məşq zamanı zədə alan futbolçunun qolunda sınıq aşkarlanıb. Tibbi müayinədən sonra onun 4 həftə məşq edə bilməyəcəyi məlum olub.

Digər zədəlilərdən braziliyalı yarımmüdafiəçi Alefin "Qarabağ"la görüşü buraxacağı dəqiqdir. O, üç həftə oynaya bilməyəcək. Serbiyalı müdafiəçi Vuyadin Saviçin də meydana çıxacağı sual altındadır.

Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Apoel" matçı saat 20:30-da başlayacaq. Kiprdə Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.


Digər xəbərlər