Ramin Musayev: "İnşAllah "Neftçi" bizi yenə sevindirəcək"

Ramin Musayev: "İnşAllah "Neftçi" bizi yenə sevindirəcək"
Futbol, Eksklüziv
10 Avqust 2019 - 22:10
Supersport.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Avroliqanın üçüncü təsnifat mərhələsində "Bney Yehuda" ilə qarşılaşan "Neftçi"nin şansını dəyərləndirib.

Matçı canlı izləyən PFL rəhbəri hesab edir ki, paytaxt komandası bu raundu da keçə bilər:

"İlk oyun gərgin və maraqlı olmasıyla yadda qaldı. Qarşılaşmada 4 qol vurulması buna sübutdur. Cavab matçı çox çətin olacaq. İnşAllah "Neftçi" bu rəqibi də məğlub edib bizi yenə sevindirəcək".

Xatırladaq ki, "Neftçi" - "Bney Yehuda" matçı 2:2 hesabıyla başa çatıb.

 

Digər xəbərlər