"Qarabağ"la oyun ərəfəsində "Apoel"də yeni baş məşqçi

"Qarabağ"la oyun ərəfəsində "Apoel"də yeni baş məşqçi
Futbol
08 Avqust 2019 - 17:42
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Apoel"ə yeni baş məşqçi təyin edilib.

Supersport.Az Kipr klubunun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Tomas Doll gətirilib. 53 yaşlı mütəxəssislə 2021-ci ilin mayın sonuna qədər müqavilə imzalanıb. Tomas Dollun yeni komandasında rəsmi debütü avqustun 13-də "Qarabağ"a qarşı olacaq.
Mütəxəssisin son klubu "Hannover" olub. O, müxtəlif vaxtlarda Almaniyada "Hamburq", "Borussiya" (Dortmund), "Gənclərbirliyi" (Türkiyə),  "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) və Macarıstanın "Ferensvaroş" komandalarında da baş məqşçi kimi çalışıb.

Xatırladaq ki, "Apoel" "Qarabağ"a ilk görüşdə 1:2 hesablı məğlubiyyətdən sonra italiyalı baş məşqçisi Paolo Trametsani istefaya göndərilib.

Digər xəbərlər