"Qarabağ"ın baş məşqçisi "Apoel"lə oyunda stadionun dolmasını istəməzdi"

"Qarabağ"ın baş məşqçisi "Apoel"lə oyunda stadionun dolmasını istəməzdi"
Futbol
06 Avqust 2019 - 16:37
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"la oyun ərəfəsində "Apoel"in veteran futbolçusu, məşqçisi Digenis Morfos Aristokles komandanın tarixi matçı olduğunu bildirib.

"Mənim üçün bu gün "Apoel" üçün tarixində ən vacib oyundur. Qol buraxmadan qələbə qazanmaq mühümdür. Komandamız peşəkarlıq yolunda çox vacib addımlar atıb, büdcəsi yüksəkdir, ən vacibi odur ki, professional kluba çevrilib. Böyük məbləğdə pullar da xərclənib. Komanda tarixində ən güclü heyətə malikdir".

O, hesab edir ki, Tamari oynamasa komanda zəif olacaq:

"Fikrimcə, Tamari oynayacaq və xaricə transfer edilmək baxımından bu oyunlar vacibdir. "Apoel" bu futbolçu olmadan zəif olacaq. Qarşılaşmada çox şey rol oynayacaq. "Apoel"də usta oyunçular çox olsa da, Tamari unikaldır".

M.Aristokles fikrincə, "Apoel"in "Qarabağ"ı məğlub etməyəcəyi təqdirdə, işi çətinləşəcək:

"Azərbaycanda da insanlar bu oyunun ağır keçəcəyini bilir. Düşünürəm, bu gün qalib gəlməsək, çətin olacaq. İnanıram ki, bu gün 2-0 qalib gələcəyik".

Kiprli çalışdırıcı, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Dolu tribunalar önündə oynamaq xoşdur" fikrinə münasibət bildirib:

"Bütün dünyada Kipr böyük problemlərlə qarşılaşır. Doğma divarlarda "Apoel"in dəstəyə ehtiyacı çoxdur. Düşünürəm ki, "Qarabağ" ın məşqçisi stadionun dolmasını istəməzdi. Pişiklər gəldi və nəticələri gördü".

Digər xəbərlər