"Qarabağ"a Kiprdə erməni təxribatı

"Qarabağ"a Kiprdə erməni təxribatı
Futbol
06 Avqust 2019 - 12:59
Azərbaycanın qüruru "Qarabağ"ın Avropa yarışlarında uğurlu çıxışı mənfur erməniləri daim narahat edir. Onlar yenə həyasız addım atıb, saxtakar olduqlarını göstəriblər.

Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, bu dəfə ermənilər Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün Nikosiyada keçiriləcək "Apoel" - "Qarabağ" oyunu ərəfəsində təxribata cəhd edib.

Məsələ burasındadır ki, Kiprdə olan erməni milli komitəsi "Apoel" - "Qarabağ" matçını qabardaraq, Qarabağla bağlı ənənəvi yalan, saxta məlumat yayıb, ərazinin özlərinə məxsus olduğunu, həmin bölgədə azərbaycanlı, türk, çeçen, əfqan döyüşçülərinin hücumuna məruz qaldıqlarını, Bakıdan 250 min erməninin qovulduğunu qeyd ediblər.

Bakı vaxtı ilə 21:00-da Nikosiyadakı GSP stadionunda keçiriləcək "Apoel" - "Qarabağ" oyununda ermənilərin təxribata əl atacağı istisna deyil.

Yeddi il əvvəl "Neftçi"nin "Apoel" üzərində parlaq qələbəsi zamanı da ermənilər qalmaqal etmişdilər. Ancaq "ağ-qaralar" 3:1 hesabı ilə qalib gələrək, futbolumuzda ilkə imza atmışdı. "Neftçi" Avropa Liqasının qrup mərhələsində çıxış edən ilk Azərbaycan klubu oldu.

"Apoel"lə oyun ərəfəsində "Qarabağ" rəhbərliyi, baş məşqçisi, futbolçusu ermənilərin, azarkeşlərin təxribata əl atacağıyla bağlı suala cavab verib.

Vitse-prezidenti Tahir Gözəl deyib ki, öz oyunlarını fikirlərşirlər:

"Qarabağ" oyun, cəsarət, keyfiyyət və şəxsiyyəti ilə Qarabağ məsələsini dünyaya çatdırmalıdır. Bizim işimiz budur. Sülhsevər klubuq, ancaq idmanı, futbolu düşünürük. Təxribat olmaması üçün əlimizdən gələn bütün tədbirləri görəcəyik".

Baş məşqçi Qurban Qurbanov bu məsələylə əlaqədar bildirib:

"İlk növbədə idman prinsiplərinə riayət etməliyik. Bütün diqqətimiz meydanda rəqibə qarşı necə oynamaq və qalib gəlməyin yollarını axtarmaqdır. Sırf idman prinsiplərinə riayət edirik" .

Kapitan Rəşad Sadıqov Kiprdə təxribat olsa, fikir verməməyin vacibliyini qeyd edib.

Sonuncu dəfə "Qarabağ"ın "Arsenal"la səfər oyununda meydana erməni azarkeş daxil olmuşdu. Qondarma Dağlıq Qarabağ bayrağı ilə meydana daxil olan azarkeşə "Emreyts" stadionuna giriş ömürlük qadağan edilib.

Digər xəbərlər