"Qəbələ"nin Küveyt klubuna gücü çatdı

"Qəbələ"nin Küveyt klubuna gücü çatdı
Futbol
06 Avqust 2019 - 12:10
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandıran "Qəbələ"  yoxlama oyununda Küveytin "Al-Samiya" klubu ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən matç Qəbələ klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Asif Məmmədov (70) və Fernan Lopez (87) vurub.

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında Gürcüstanın "Dinamo" klubuna evdə 0:2, səfərdə 0:3 hesabı ilə uduzub.

 

Digər xəbərlər