"Neftçi"nin növbəti rəqibi məlum oldu

"Neftçi"nin növbəti rəqibi məlum oldu
Futbol
05 Avqust 2019 - 15:54
Bu gün  Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Supersport.Az-ın xəbərinə görə, UEFA-nın Nyonda qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:30-da başlayıb.

Püşkdə Avroliqadakı təmsilçisimiz "Neftçi"nin də pley-offdakı rəqibi bilinib.

"Ağ-qaralar" 3-cü mərhələdə İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdırsa, pley-offda "Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi pley-offa çıxsa, ilk matçını səfərdə keçirəcək.

Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.

 

 

Digər xəbərlər