"Everton" Kini transfer etdi

"Everton" Kini transfer etdi
Futbol
04 Avqust 2019 - 19:33


“Yuventus” hücumçusu Moyze Kini “Everton”a satıb.

Supersport.Az xəbər verir ki, bu haqda İngiltərə klubunun saytı məlumat yayıb. 19 yaşlı oyunçu ilə 5 illik müqavilə bağlanıb. Futbolçunun 27,5 milyon avro təzminat qarşılığında “Everton”a transfer edildiyi bildirilib.

2018/19 mövsümündə Kin A seriyasında “Yuventus”la 13 oyuna çıxıb, 6 qol vurub və 1 qolun ötürməsini edib.


Digər xəbərlər