Dieqo Simeone: "Real"ın oyun üslubu yoxdur, "Mançester Siti"nin tarixi"

Dieqo Simeone: "Real"ın oyun üslubu yoxdur, "Mançester Siti"nin tarixi"
Futbol
04 Avqust 2019 - 16:40
Supersport.Az-ın məlumatına görə, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Real Madrid"lə "Mançester Siti"yə sataşıb. 

"Bir klubda işə başladıqda, ən başlıcası onun tarixini araşdırmaq, bilmək mühümdür. Klubun tarixini anlamasaq, çətin günlərin öhdəsindən gəlmək, uğur qazanmaq mümkün olmayacaq. Komandanın mahiyyətini, dəyərini bilməsəm, məşqçi işləmərəm. Oyun üslubunu klubun tarixiylə əlaqələndirmək lazımdır.

"Ayaks"ın müəyyən akademiyası, öz üslubu var. "Barselona"nın oyun tərzi var, "Yuventus"un, "Atletiko"nun da. Ancaq "Real"ın üslubu yoxdur. Oyun tərzi futbolçulardan asılı olaraq dəyişir. Tarixi komanda olmayan "Mançester Siti" çox vaxt yüklənir, Qvardiola öz üslubunu tətbiq edir. 10 ildən sonra ingilis klubunun müəyyən oyun tərzi olduğunu deyə biləcəyikmi?" - deyə, təcrübəli mütəxəssis bildirib. 

Bir müddət əvvəl "Çempionlar Kuboku" beynəlxalq turnirində "Atletiko" "Real"ı 7:3 hesabıyla məğlub edib.    

 

 

 

Digər xəbərlər