"Neftçi" döyüşəcək, məqsəd hesabı qorumaq deyil" - Video

"Neftçi" döyüşəcək, məqsəd hesabı qorumaq deyil" - Video
Futbol, Video
01 Avqust 2019 - 06:25
Supersport.Az Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Tula "Arsenal"ını qəbul edəcək "Neftçi"nin baş məşqçisi Roberto Bordin və futbolçu Rəhman Hacıyevin fikirlərini videogörüntüyə alıb.

Əvvəlcə yarımmüdafiəçi oyun haqda fikirlərini bildirib:

"Çətin oyun olacaq. Bu görüşə ciddi hazırlaşmışıq. Ümid edirəm, qalib gələcəyik. Komandada əla ab-hava var. Oyunu səbirsizliklə gözləyirik”.

Baş məşqçi Roberto Bordin sualları cavablandırıb.

"Bizi ilk görüşdəkindən daha çətin oyun gözləyir. Rəqib də fərqli oyun göstərməyə çalışacaq. "Arsenal” çox güclü komandadır. Bunu ilk oyunda da göstərdilər. Sonadək mübarizə aparıb, nəticəni dəyişməyə cəhd etdilər. İlk dəqiqələrdən sonadək konsentrasiyamızı itirməməliyik.

İngiltərə və Rusiya "Arsenal”ını müqayisə etməzdim. Hərəsinin öz fərqliliyi var. Mərhələ adladığımızı düşünmək olmaz. Tula təmsilçisi ciddi rəqibdir və Bakıya cütün taleyini həll etmək üçün gəlib. Təbii ki, ilk oyundan sonra cüzi üstünlüyümüz var. Bundan əlavə, doğma azarkeşlərimizin gözü önündə mübarizə aparacağıq. İstədiyimiz nəticəni qazanmaq üçün sonadək vuruşmalıyıq. Deməzdim ki, biz və ya rəqib tərəfdən sürprizlər olacaq. Məncə, rəqib ilk dəqiqələrdən hesabı xeyrinə dəyişməyə çalışacaq. Meydana çıxanda bir həftə əvvəlki nəticəni unutmalıyıq. Baqali Dabo hələ tam hazır deyil. Amma çox şadam ki, bərpa prosesini sürətlə keçir. Hazır olan kimi ondan faydalanacağıq. Əlbəttə, beynəlxalq təcrübə çox vacibdir. "Arsenal”ın beynəlxalq təcrübəsi olmasa da, Rusiya Premyer Liqasında çıxış edir, zəif rəqib deyil. Hazırda Rusiya çempionatının davam etməsi həm rəqib, həm də bizim üçün üstünlük ola bilər. Oyun praktikası "Arsenal" üçün üstünlükdür. Amma bunun bizim üçün də üstün tərəfi var. Çünki çempionat oyunu keçirmirik və bərpa üçün kifayət qədər vaxtımız olub. Futbolçularıma inamım böyükdür. Məqsədimiz 1:0 hesabını qorumaq olmayacaq".

Digər xəbərlər