"Qarabağ"a "Apoel" rəqib oldu - Video

"Qarabağ"a "Apoel" rəqib oldu - Video
Futbol, Video
31 İyul 2019 - 07:01
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Supersport.Az xəbər verir ki, "Qarabağ" İrlandiyanın “Dundalk” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) – "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaqdı. İlk oyunda 1:0 qalib gələn Kipr klubu ev matçında da 3:0 hesabı ilə rəqibini məğlub edib.

Beləliklə, APOEL ÇL-in üçüncü təsnifat mərhələsində "Qarabağ" - "Dundalk" cütünün qalibi ilə üz-üzə gələcək.

Azərbaycan çempionunun İrlandiya klubuyla cavab görüşü bu gün "Dalğa Arena"da keçiriləcək. Səfər oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Bu cütün məğlubu Avroliqanın üçüncü təsnifat mərhələsində "Slovan"la (Slovakiya) qarşılaşacaq.

Çempionlar Liqası


30 iyul

21:00. APOEL (Kipr) – "Sutyeska" (Monteneqro) - 3:0


Qollar: Pavloviç, 12, 25, 66

İlk oyun - 1:0

Digər xəbərlər