"Qarabağ" evdə əsəbi oynayacaq"

"Qarabağ" evdə əsəbi oynayacaq"
Futbol
27 İyul 2019 - 15:26


İrlandiya millisinin baş məşqçisi Mik Makkarti Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Dundalk" - "Qarabağ" oyunu (1:1) haqda fikirlərini bildirib.

Supersport.Az-ın "İrish Mirror"a istinadən yaydığı xəbərə görə, o, "Qarabağ"ın bəzi futbolçularını fərqləndirib:  “Qarabağ”ın 17 (Abdullah Zubir-red) və 3 (Ailton-red) nömrələri gözəl oynadılar. 11 (Mahir Emreli - red) və 20 (Riçard Almeyda-red) nömrəli futbolçularını da bəyəndim. Amma "Dundalk" layiqli mübarizə apardı və yaxşı düşünülmüş künc zərbəsindən sonra qol vurdu.  Onlar öz mübarizəsi ilə heç-heçəyə layiq idilər".

Mütəxəssis hesab edir ki, Azərbaycan klubu cavab qarşılaşmasına əsəbi çıxacaq:

"Düşünürəm ki, oyunda yaxşı tərəf  "Qarabağ" idi. Ədalətsizlik olsa belə, sonlara doğru bir qol da vururaq qələbə qazana bilərdik. Amma bunu bacarmadıq. Fikrimcə, "Qarabağ" evdə əsəbi oynayacaq".


Digər xəbərlər