"Qəbələ"yə gürcü silləsi - Video

"Qəbələ"yə gürcü silləsi - Video
Futbol, Video
25 İyul 2019 - 21:43
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

Supersport.Az xəbər verir ki, bu gün mübarizəyə start verən Azərbaycan Kubokunun qalibi "Qəbələ" Tbilisi "Dinamo"sunu qəbul edib. Gürcüstan təsmilçisi Azərbaycan klubuna 2 qolla qalib gəlib.

Qəbələ klubu 2015-2016-cı illər mövsümündə də bu rəqiblə qarşılaşmışdı. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan təmsillçimiz evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

Komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Niderlandın "Feyenoord" klubu ilə qarşılaşacaq.

25 iyul

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

19:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan) - 0:2


Qollar: Levani Kutalia, 41, Arfanq Daffe, 87

Baş hakim: Nikolas Uolş (Şotlandiya)

Qəbələ şəhər stadionu


 

Digər xəbərlər