"Dundalk" kömək istədi - əsas problem açıqlandı

"Dundalk" kömək istədi - əsas problem açıqlandı
Futbol
23 İyul 2019 - 22:48
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında "Dundalk"ın baş məşqçisi Vinni Pert düşüncələrini açıqlayıb.

"Çox çətin sınaq olacaq. Oyunda səbirli olmalıyıq. Rəqibin topa daha çox nəzarət edəcəyini, keyfiyyətli futbol oynadığını başa düşməliyik. Buna uyğun taktika seçməliyik. Bizim də yaxşı hücumçularımız var. Ancaq avrokuboklarda qol vurmağımız problemdir".

42 yaşlı mütəxəssis bu dəfə də "Qarabağ" haqda müsbət fikirlər bildirib:

"Qarabağ" son 6-7 ildə oynadığımız ən yaxşı rəqiblərdəndir. Onların texniki ustalıqlarını qeyd edərdim. "Qarabağ"ın bu cəhəti onları digər rəqiblərimizdən üstün göstərir.

Son vaxtlar İrlandiya futbolunda vəziyyət yaxşı deyil. Ötən həftə "Riqa"nı keçməyimiz bizdə nikbinlik yaradıb. Məqsədimiz bunu sabah da davam etdirməkdir. Qalib gəlmək şansımız var. Çox çətin olsa da, səviyyəimizi artırmalıyıq".

V.Pert sonda azarkeşlərdən dəstək istəyib:

"Əgər ötən həftə uğurumuza görə bizi təbrik edənlər sabah bir yerə yığılsa, kifayət qədər dəstəyimiz olacaq. Bura kiçik şəhərdir. Təxminən 40 min nəfər yaşayır. Ötən həftə bu insanların yarısı bizi dəstəklədi".

 

Digər xəbərlər