"Neftçi"ylə oyuna ciddi hazırlaşmalıyıq"

"Neftçi"ylə oyuna ciddi hazırlaşmalıyıq"
Futbol
23 İyul 2019 - 14:42
Supersport.Az-ın məlumatına görə, Rusiya Premyer Liqasının ikinci turunda "Krılya Sovetov"u 3:2 hesablı məğlub edən Tula "Arsenal"ının yarımmüdafiəçisi, qarşılaşmanın ən yaxşı oyunçusu seçilən, ilk qolun müəllifi Sergey Tkaçev açıqlama verib.

"Komandamızın oyunundan razı qaldım. Mərkəzdə, cinahda, bir sözlə meydanın hər yerində əla oynadıq. Buna görə 2 qolla irəli keçdik. Ancaq sonradan qollar buraxdıq. Oyuna nəzarət etmək istədik. Futbolda erkən qol vurub, buraxmaq da olur. "Neftçi"ylə qarşıda oyun var. Qarşılaşmaya ciddi hazırlaşmalıyıq".

Digər xəbərlər