APOEL-dən qələbə - Video

APOEL-dən qələbə - Video
Futbol, Video
24 İyul 2019 - 12:12
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

İlk oyun günündə 5 görüş keçirilib.

"Qarabağ"ın 3-cü mərhələdəki potensial rəqibləri olan "Sutyeska" (Monteneqro) ilə APOEL (Kipr) üz-üzə gəlib. Monteneqroda keçirilən görüş qonaq komandanşn qələbəsi ilə başa çatıb.

Evdə "Bazel"i qonaq edən PSV isə son dəqiqələrə kimi hesabda geri olsa da, 3 dəqiqəyə 2 qol vuraraq, əzmkar qələbə qazanıb.

Mərhələnin daha 7 oyunu bu günə nəzərdə tutulub ki, bunlardan biri də "Qarabağ"ın matçıdır. Ağdam təmsilçisi İrlandiya səfərində "Dundalk"la qarşılaşacaq.

23 iyul

ÇL-in 2-ci təsnifat mərhələsi, ilk oyunlar

"Viktoriya" (Çexiya) – "Olimpiakos" (Yunanıstan) - 0:0

"Saburtalo" (Gürcüstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2


Qollar: M.Orsiç, 67 (0:1), B.Petkoviç, 78-pen (0:2)

PSV (Niderland) – "Bazel" (İsveçrə) - 3:2


Qollar: Bruma, 14 (1:0), A.Ayeti, 45+1 (1:1), O.Alderete, 79 (1:2), S.Lammers, 89 (2:2), D.Malen, 90+2 (3:2)

TNS (Uels) – "Kopenhagen" (Danimarka) - 0:2


Qollar: P.Sotiriu, 18 (0:1), R.Skov, 61-penalti (0:2)

"Sutyeska" (Monteneqro) – APOEL (Kipr) - 0:1


Qol: T.De Vinsenti, 42-penalti


24 iyul

BATE (Belarus) – “Rusenborq” (Norveç)

“CFR Kluj” (Rumıniya) – “Makkabi” (Təl Əviv,İsrail)

“Ferensvaroş” (Macarıstan) – “Valetta” (Malta)

“Maribor” (Sloveniya) – AİK (İsveç)

“Seltik” (Şotlandiya) – “Kalju” (Estoniya)

“Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

“Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya)

 

 

Digər xəbərlər