"Traktor Azərbaycan" türk klubundan şikayət etdi

"Traktor Azərbaycan" türk klubundan şikayət etdi
Futbol
22 İyul 2019 - 21:41
Supersport.Az-ın məlumatına görə, Türkiyədə hazırlıq keçən "Traktor Azərbaycan" heyətini gücləndirib. Təbriz klubu braziliyalı hücumçu Marselino Lopeslə 2 il müqavilə imzalayıb.

Cənubi Azərbaycan təmsilçisinin anlaşmaya əsasən yeni mövsüm "Adidas" formasıyla meydana çıxacağı gözlənilir.

"Traktor Azərbaycan" oyunçusu Antoni Stoksla müqavilə bağlayan "Adana Dəmirspor"dan Türkiyə Futbol Federasiyasına şikayət ünvanlayıb.

Cənubi Azərbaycan klubu türk komandasının hörmətsizlik, FİFA qanunlarına zidd hərəkət etdiyini, Adana təmsilçisi və futbolçunu cəza gözlədiyini bəyan edib.

 

Digər xəbərlər