"Neftçi"nin Avroliqada gəliri

"Neftçi"nin Avroliqada gəliri
Futbol
21 İyul 2019 - 19:12
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının birinci təsnifat mərhələsində "Sperantsa"nı mübarizədən kənarlaşdıran "Neftçi" qazanc əldə edib. UEFA Azərbaycan klubuna 240 min avro ödəyəcək.

"Neftçi" Rusiya "Arsenal"ını ikinci raundda turnirdən uzaqlaşdıracağı təqdirdə, 260 min avroya sahib çıxacaq. Azərbaycan təmsilçisi üçüncü raunda vəsiqə əldə etsə, ümumi qazancı 500 min avroya çatacaq.

 

 

Digər xəbərlər