"Qarabağ"ın İrlandiya planı

"Qarabağ"ın İrlandiya planı
Futbol, Eksklüziv
21 İyul 2019 - 15:33
Supersport.Az-a Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"ın qonağı olacaq "Qarabağ"ın səfər planı məlum olub.

Azərbaycanın yeddiqat çempionu İrlandiyaya sabah 16:00-da yollanacaq. Səfərə çarter reysilə gedəcək "Qarabağ"ın təyyarəsi 4380 km məsafə qət, 7-8 saat sərf etməli olacaq.

Azərbaycan çempionu iyulun 23-də qarşılaşmanın keçiriləcəyi "Oriel Park" stadionunda son məşqinə çıxacaq.

"Dundalk" – "Qarabağ" oyunu iyulun 24-ü Bakı vaxtilə saat 22:45-də başlayacaq. "Oriel Park" 4500 tamaşaçı tutumuna malikdir.

 

 

 

 

Digər xəbərlər