"Traktor"la Türkiyə klubu arasında dava oldu - Şəkil
Futbol, Foto
21 İyul 2019 - 02:27
Supersport.Az-ın məlumatına görə, Ərzurumda təlim-məşq toplanışı çərçivəsində "Traktor" Superliqa təmsilçisi "Çaykur Rizəspor"la yoldaşlıq oyunu keçirib. Qarşılaşma qalmaqalla yadda qalıb. Cənubi Azərbaycan klubu 8-ci dəqiqədə İman Saliminin vurduğu qolla hesabda irəli çıxıb. Oyunun 38-ci dəqiqəsində iki komandanın futbolçuları arasında dava düşdüyü üçün matç dayandırılıb. Bundan sonra onlar paltardəyişmə otağına gediblər. Bir müddətin ardından futbolçular yenidən meydana qayıdıb. "Traktor" üstünlüyü qoruyaraq qələbə qazanıb.