"Qəbələ" - "Dinamo" oyununun vaxtı

"Qəbələ" - "Dinamo" oyununun vaxtı
Futbol
21 İyul 2019 - 01:51
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparacaq "Qəbələ"nin Tiflis "Dinamo"suyla ilk oyununun vaxtı açıqlanıb. Qarşılaşma iyulun 25-də Qəbələ şəhər stadionunda keçirəcək. Oyun 19:00-da start götürəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə olacaq.

Xatırladaq ki, "Qəbələ" 2015-2016-cı illər mövsümündə "Dinamo"yla qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan "Qəbələ" evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

Digər xəbərlər