"Dundalk"ın sədri: "Qarabağ" nümunədir, favoritdir"

"Dundalk"ın sədri: "Qarabağ" nümunədir, favoritdir"
Futbol
20 İyul 2019 - 01:00
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İrlandiyanın "Dundalk" klubunun sədri Mayk Treysi İrlandiya mətbuatına Azərbaycan təmsilçisi haqda müsbət fikirlər bildirib.

Supersport.Az-ın xəbərinə görə, o, "Qarabağ"ı nümunə göstərib.

İrland jurnalist Daniel Makdonnel "Qarabağ"ın son 5 ildə Avropa səviyyəsinə yüksəldiyini qeyd edib: komanda 4 dəfə Avropa Liqasında, 1 dəfə isə Çempionlar Liqasının qrupunda oynayıb.
Sonra yazıda klub sədri Mayk Treysinin açıqlaması verilib


"Biz “Qarabağ”ın uğurlarına, onların gördüyü işlərə baxmalıyıq. Biz də məhz belə nailiyyət qazanmaq istəyirik. Görün, 2012-ci ildə "Qarabağ" harda idi və indiki səviyyəyə çatmaq üçün nələr etdilər. Biz də məhz bunu təkrarlamaq istəyirik".

Klub rəsmisi iki komandanın öz aralarında keçirəcəyi oyunlara da toxunub:

"Qarşıdakı matçı səbirsizlikə gözləyirik. Böyük ehtimalla, cütün favoriti "Dundalk" deyil. Amma bizim futbolçular o qədər istəklidilər ki, onlar hər dəfə meydana çıxanda qalib gələ biləcəklərini düşünürlər".

Xatırladaq ki, "Qarabağ"la "Dundalk" arasında ilk matç iyulun 24-ü səfərdə, cavab qarşılaşması iyulun 31-i Bakıda olacaq.

Digər xəbərlər