Çingiz Abdullayev: "Neftçi" "Arsenal"ı keçmək gücündədir" - Video

Çingiz Abdullayev: "Neftçi" "Arsenal"ı keçmək gücündədir" - Video
Futbol, Eksklüziv, Video
19 İyul 2019 - 11:34
Supersport.Az-a açıqlamasında Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab matçında Moldovanın "Sperantsa" klubunu 6:0 hesabıyla darmadağın edən "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev zəfəri şərh edib.

"Tarixi qələbə qazandıq. Komandamız əla oynadı. Növbəti mərhələni də adlayacağımıza inanıram. "Neftçi" "Arsenal"ı da keçmək gücündədir. Gün olsun ki, buna da nail olaq. Yeni transferlər komandamızı gücləndirib, hələ ki, razıyam, çox yaxşıdırlar" - deyə, klub rəsmisi bildirib.


"Neftçi"nin ikinci mərhələdə rəqibi Rusiyanın "Arsenal" (Tula) klubudur. 

Digər xəbərlər