Çempionlar Liqasında "Qarabağ"ın qazancı
Futbol
18 İyul 2019 - 12:24
Supersport.Az-a Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Partizani"ni kənarlaşdıran "Qarabağ"ın gəliri məlum olub.
Azərbaycanın yeddiqat çempionu ilk raundu keçdiyi üçün 280 min avro qazanıb.
"Qarabağ" ikinci mərhələdə "Dundalk"ı mübarizədən xaric edəcəyi təqdirdə, 380 min avroya sahib çıxacaq. Üçüncü raundda uğur 480 min avro qazandıracaq.
Pley off mərhələsi üçün mükafat nəzərdə tutulmayıb. Çünki qalib ÇL-in, məğlub isə Avropa Liqasının qrupunda oynayacağından pul veriləcək.
Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı olacaq 32 komandanın hər birinə 15,25 milyon avro ödəniləcək.