"Qarabağ"ın "Dundalk"la oyunlarının vaxtı açıqlandı

"Qarabağ"ın "Dundalk"la oyunlarının vaxtı açıqlandı
Futbol
18 İyul 2019 - 11:57
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"ın "Dundalk"la hər iki oyununun vaxtı məlum olub.

Supersport.Az-ın İrlandiya klubunun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisinin səfərdə "Oriel Park"da keçiriləcək ilk matçı iyulun 24-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bakıda "Dalğa Arena"da oynanılacaq cavab görüşünə isə yerli vaxtla 21:00-da start veriləcək.

Qeyd edək ki, "Qarabağ" 1-ci mərhələdə "Partizani"ni, "Dundalk" isə "Riqa"nı mübarizədən kənarlaşdırıb.

Digər xəbərlər