"Texnomart"dan Füzuli komandasına dəstək - Şəkillər

"Texnomart"dan Füzuli komandasına dəstək - Şəkillər
Futbol, Foto
14 İyul 2019 - 01:51
Supersport.Az-ın məlumatına görə, Region Liqasına yenidən qatılacaq "Füzuli"yə yeni mövsümdə baş sponsorluğu "Texnomart" mağazalar şəbəkəsi edəcək.

Bununla əlaqədar klubun baş məşqçisi Vasif İsmayılovla "Texnomart"ın satış direktoru Rəşad Əhmədov müqavilə imzalayıb.

R.Əhmədov müxbirimizə açıqlamasında məqsədlərini açıqlayıb.

"Bilirsiniz ki, dövlətin idmana böyük dəstəyi var. Bunun nəticəsidir ki, idmançılarımız mötəbər yarışlarda möhtəşəm uğurlar qazanırlar. 

Füzuli rayonu da mənfur ermənilərin işğalındadır və ən ağrılı yerlərimizdən biridir. Məqsədimiz bu bölgədə futbola dəstək verməkdir. Nəzərə alsaq ki, idman həm sağlamlıqdır, həm də yeniyetmə, gəncləri pis vərdişlərdən kənarlaşmaqda mühüm rol oynayır. Futbolun regionlarda da inkişaf etdirilməsi vacibdir. "Füzuli" klubunun Region Liqasının qalibi olması üçün hərtərəfli dəstək verəcəyik. Çox istərdik ki, komandamız bundan sonra birinci divizion, sonda isə Premyer Liqada mübarizə aparsın".  

"Texnomart" rəhbərliyinə təşəkkürünü bildirən "Füzuli"nin baş məşqçisi Vasif İsmayılov dəstəyin komandasına böyük faydası olacağını vurğulayıb.





Digər xəbərlər