"Dinamo"nun baş məşqçisi Ramilin oyununa qiymət verdi

"Dinamo"nun baş məşqçisi Ramilin oyununa qiymət verdi
Futbol
13 İyul 2019 - 22:39


Supersport.Az-ın məlumatına görə, Rusiya Premyer Liqasının ilk turunda "Arsenal"la oyunda qələbəni əldən verən "Dinamo"nun baş məşqçisi Dmitri Xoxlov açıqlama verib.

Komandasına psixoloqun lazım olduğunu bildirən mütəxəssis, millimizin futbolçusu Ramil Şeydayevin oyununa da qiymət verib:

"İki fərqli hissə oldu. İlk taymda biz, ikinci yarıda rəqib üstün oynadı. Komandamızda psixologiya dəyişməlidir ki, bütün oyunu eyni səviyyədə oynamalıyıq, 45 dəqiqə yox. Futbolçuların 17 deyil, əksəriyyətinin 25 yaşı var. Psixoloq gətirməyi düşünürük. Qələbəni əldən verdiyimiz üçün nəticədən narazı qaldım. Oyunun gedişinə əsasən, heç-heçəni qanunauyğunluq saymaq olar.

Transfer pəncərəsi bağlanmayıb, güclənməliyik. 12-ci yer üçün yox, minimum Avroliqaya vəsiqə uğrunda mübarizə aparacağıq. Şeydayevlə Şimanski pis təsir bağışlamadı. Ancaq qəti fikir bildirmək üçün oyunun videoyazısına baxandan sonra söyləmək olar".
 

Digər xəbərlər