Almaniyanın ən yaxşı futbol hakimi imtahandan kəsildi

Almaniyanın ən yaxşı futbol hakimi imtahandan kəsildi
Futbol
13 İyul 2019 - 21:36
Supersport.Az-ın məlumatına görə, Almaniya futbol qurumunun seçdiyi Bundesliqanın ən yaxşı hakimi Dəniz Aytəkin fiziki testdən keçə bilməyib.

Türk əsilli FİFA referisi bununla hamını təəccübləndirib.

Bundesliqanın yeni mövsümünə Münxen yaxınlığında Qrassauda keçirilən fiziki hazırlıq testindən tanınmış hakim keçə bilməyib.

Referi 40 metri 6 saniyəyə qət etməkdə aciz qalıb. D.Aytəkinin avqustda müvəqqəti olaraq VAR hakimi təyin olunacağı bildirilir. O, imtahandan keçə bilməməsini qaçış yerinin nəm olmasıyla əlaqələndirib.

İki mövsüm əvvəl Çempionlar Liqasında "Barselona" - PSJ (6:1) oyununu idarə edən referi, fransız azarkeşlərin sərt tənqidiylə üzləşmişdi.

Digər xəbərlər