Ramil Şeydayevin komandası qələbəni əldən verdi

Ramil Şeydayevin komandası qələbəni əldən verdi
Futbol
12 İyul 2019 - 23:01
Millimizin üzvü Ramil Şeydayev yeni klubunda rəsmi debüt oyununa çıxıb.

Supersport.Az-ın məlumatına görə, Rusiya Premyer Liqasının birinci turunda Moskva "Dinamo"unda 23 yaşlı hücumçu səfərdə Tula "Arsenal"ı ilə görüşdə start heyətdə meydana çıxıb. Ramil ilk dəqiqələrdən komandasının hücumlarını təşkil edib. Bir zərbəsini qolkiper dəf edib. 16-cı dəqiqədə "Dinamo"nun portuqaliyalı futbolçusu Migel Kardozo hesabı açıb. "Arsenal"ın gürcü oyunçusu Giya Qriqalava oyunun başa çatmasına 6 dəqiqə qalmış bərabərlik qolunu vurub.

Beləliklə, qarşılışama qollu heç-heçəylə bitib.

"Arsenal" "Neftçi"nin Avroliqanın ikinci təsnifat mərhələsindəki potensial rəqibidir.

Digər xəbərlər