Gülağa Cabbarovdan AFFA-ya ismarıc: "İmtahana ehtiyac olsa, verəcəyəm"

Gülağa Cabbarovdan AFFA-ya ismarıc: "İmtahana ehtiyac olsa, verəcəyəm"
Futbol, Eksklüziv
11 İyul 2019 - 12:47
Supersport.Az-ın məlumatına görə, AFFA-dan kənarlaşdırılan Gülağa Cabbarov yenidən futbol sahəsində fəaliyyət göstərmək istəyir.

Bu şəxs 8 il - 2008-dən 2016-cı ilin martına qədər Hakim-İnspektorlar Komitəsinin sədri olub.

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Gülağa Cabbarovu Əli Hüseynovla əvəz etmişdi. Cabbarovu "imtahandan kəsən" Hüseynov da qurumdan uzaqlaşdırılıb.

2018-ci ilin son ayında Hakimlər və Hakim-İnspektorlar Komitəsi bir departamentdə birləşdirilərək, avstriyalı Frits Ştuxlik rəhbər gətirilib.

Supersport.Az-a açıqlamasında 64 yaşlı Gülağa Cabbarov sevimli peşəsi inspektorluğa qayıtmaq məqsədilə Hakimlər Komitəsinə rəsmi məktub göndərdiyini bildirib.

O, uzun müddət hakimlikdə xidmətlərini, komitə sədri olduğu vaxt konvensiya üçün tələb olunan sənədləri hazırlayıb UEFA-ya göndərdiyini xatırladıb.

Hakimlər Komitəsi sədri Frits Ştuxlikə müraciət ünvanlayan sabiq komitə rəhbəri Gülağa Cabbarov, cavab gəlmədiyini söyləyib:

"Bir aydan çoxdur AFFA-ya müraciət etmişəm. Hələlik cavab gəlməyib, gözləyirəm. Uzun illər futbolda xidmətlərim olub. İmtahana ehtiyac olsa, verəcəyəm. Burda nə var ki?"

 

Digər xəbərlər