Eksklüziv: Rəhim Həsənov FİFA referiliyindən kənarlaşdırıla bilər

Eksklüziv: Rəhim Həsənov FİFA referiliyindən kənarlaşdırıla bilər
Futbol, Eksklüziv
08 İyul 2019 - 21:13
Supersport.Az-ın əldə etdiyi məlumata görə, azərbaycanlı hakim Rəhim Həsənov FİFA referiliyindən kənarlaşdırıla bilər. 


Bir müddət əvvəl UEFA beynəlxalq dərəcəli hakimlərin 2019-cu ilin ikinci yarısı üçün kateqoriyalarını açıqlayıb. Bu məqam 2019/20 mövsümündə təyinatlar zamanı nəzərə alınacaq. Elit kateqoriyasına 26, birinci kateqoriyaya 48, ikinciyə 93, üçüncüyə 107 hakim daxil edilib. Azərbaycan hakimlərindən ən yüksək reytinqə malik olan Əliyar Ağayev 1-ci kateqoriyalı referi kimi mövqeyindədir. FİFA-nın iki hakimimizdən Rauf Cabbarovla Rəhim Həsənov isə 3-cü kateqoriyalı UEFA hakimi kimi qalıb.


Beynəlxalq qurumlar hər il hakimləri xarici dili mənimsəmək baxımından yoxlamadan keçirir. R.Həsənovun bununla bağlı problemi olduğu bildirilir.   

Həsənov bir müddət əvvəl AFFA-nın fiziki hazırlıq test imtahanında kəsilmişdi. Referi milli çempionatın son 5 turuna təyinat almamışdı. O, sonuncu dəfə mayda beynəlxalq oyuna dəvət alıb. Bütün bunları nəzər alsaq, Rəhim Həsənovun FİFA referiliyindən kənarlaşdırılacağı gözlənilir.


Çimərlik futbolunda beynəlxalq oyunlara da təyinat alan İnqilab Məmmədov premyer liqamızda da təcrübə qazanıb. R.Həsənovun İ.Məmmədovla əvəzlənəcəyi bildirilir.   

 


Digər xəbərlər