"Ştutqart"ın futbolçusu "Qarabağ"da

"Ştutqart"ın futbolçusu "Qarabağ"da
Futbol
03 İyul 2019 - 20:00
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

Son olaraq Portuqaliyanın "Braqa" komandasında çıxış edən Ailton Silva Azərbaycan klubunun düşərgəsindədir. 24 yaşlı braziliyalı müdafiəçi tibbi baxışdan sonra "Qarabağ"la 1 il müqavilə imzalayıb.

Azərbaycan klubu mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu heyətinə cəlb edib.

Qeyd edək ki, "Fluminense"nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda "Neftçi"nin (32 oyun, 3 qol) formasını geyinib. "Ağ-qaralar"dan ayrıldıqdan sonra Portuqaliyanın "Eştoril" (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya "Ştutqart"ına (5 oyun) transfer olunub.  2018-ci ilin yayında yenidən "Eştoril"ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya "Braqa"sında keçirib.

 

 

Digər xəbərlər