Qurban Qurbanov: "Çatışmazlıqlar çoxdur, komanda tam hazır deyil"

Qurban Qurbanov: "Çatışmazlıqlar çoxdur, komanda tam hazır deyil"
Futbol
29 İyun 2019 - 00:29
Supersport.Az-ın məlumatına görə, Avstriyada yoxlama oyununda Rusiyanın "Ufa" klubunu məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda fikirlərini bölüşüb.

"Pis oyun alınmadı. Daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıydıq. Əlbəttə ki, çatışmazlıqlarımız çoxdur, hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq" - deyə mütəxəssis klub saytına bildirib.

Digər xəbərlər