Yığmamızdan ikinci yer

Yığmamızdan ikinci yer
Digər, Güləş
28 İyun 2019 - 20:08
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləş yarışı başa çatıb.

Supersport.Az-ın məlumatına görə, 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan millimiz 110 xal toplayaraq komanda hesabında ikinci yeri tutub. Rusiya 130 xalla birinci, Gürcüstan isə 78 xalla üçüncü olub.

Xatırladaq ki, yığmamızın heyətində Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) Avropa Oyunlarının qalibi olub. Nurməhəmməd Hacıyev (97 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) ilə Camaləddin Məhəmmədov (125 kq) isə bürünc medalı boynundan asıb.

Digər xəbərlər