Hacı Əliyev olimpiya çempionundan qisas aldı - qalib oldu - Video

Hacı Əliyev olimpiya çempionundan qisas aldı - qalib oldu - Video
Digər, Güləş, Video
27 İyun 2019 - 20:57



Supersport.Az-ın məlumatına görə, Belarus paytaxtı Minskdə II Avropa Oyunlarında pəhləvanlarımızın zəfəri davam edir.

Üçqat dünya, üçqat Avropa çempionu Hacı Əliyev debütdə erməni güləşçi Valodya Franqulyana 6:0-lıq dərs keçib, daha sonra yerli pəhləvan George Kolyevə 7:5 qalib gələrək, yarımfinala yüksəlib. Bu mərhələdə Azərbaycan pəhləvanı Ukraynanı təmsil edən erməni güləşçi Hor Oqannesyanı məğlub edərək, adını finala yazdırıb.

Hacı Əliyev - Vladimir Xinçeqaşvili Qafqaz derbisi prinsipial olub. Bunadək hər iki güləşçi 2016-cı ildə iki dəfə qarşılaşmışdı. Avropa çempionatının yarımfinalında gürcü qalib gəlib. Vladimir buna qədər 57 kq-da dünya və Avropa çempionu olub, London Olimpiadasında gümüş medal qazanmışdı. Rio-2016-nın 1/4 finalında da gürcü pəhləvan güləşçimizə qalib gəlib və yekunda Olimpiadanın zirvəsinə qalxmışdı. Hacı Əliyev isə bürünc medalla kifayətlənmişdi.
Tərəflər arasında 3-cü duel 3 illik fasilədən sonra keçirilib. Üçqat dünya, üçqat Avropa çempionu Hacı Əliyev, olimpiya, dünya və üçqat Avropa çempionu Vladimir Xinçeqaşvilidən revanş almaq istəyində idi. Qarşılaşmada başdan sona kimi diqtə edən tərəf olan Hacı qızıl kolleksiyasına Avropa Oyunlarının titulunu da əlavə edib.

Nurməhəmməd Hacıyev ilk mərhələdə çətinlik çəkmədən polşalı rəqibini yolundan kənarlaşdırıb. Təmsilçimiz 1/4 finalda gürcü həmkarını da üstələyərək yarımfinala vəsiqə qazanıb. Ukrayna idmançısı üzərində də inamlı qələbə qazanan Hacıyev də finala adlayıb. Ancaq yarımfinalda aldığı zədə Nurməhəmmədə son görüşə çıxmağa imkan verməyib və təmsilçimiz gümüş medalla kifayətlənib.

Sərbəst güləş

65 kq
1/8 final - Hacı Əliyev - Valodya Franqulyan (ARM) 6:0
1/4 final - Hacı Əliyev - George Koliev (BLR) 7:5
1/2 final - Hacı Əliyev - Hor Oqannesyan (UKR) *4:4
FİNAL - Hacı Əliyev - Vladimir Xinceqaşvili (GEO) 10:2

97 kq
1/8 final - Nurməhəmməd Hacıyev - Radoslav Baran (POL) 8:0
1/4 final - Nurməhəmməd Hacıyev - Elizbar Odikadze (GEO) 7:3
1/2 final - Nurməhəmməd Hacıyev - Murazi Mçedlidze (UKR) 7:0
FİNAL - Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (RUS) -:+

 

Digər xəbərlər