Eksklüziv: "Qarabağ"ın ispan futbolçuyla müqavilənin müddəti, qiyməti: 1 milyon 200 min avro - Şəkil

Eksklüziv: "Qarabağ"ın ispan futbolçuyla müqavilənin müddəti, qiyməti: 1 milyon 200 min avro - Şəkil
Futbol, Eksklüziv, Foto
24 İyun 2019 - 09:18
Supersport.Az-a daxil olan məlumata görə, "Qarabağ" yeni transfer etdiyi Xayme Romero Qomeslə 3 illik müqaviləyə bağlayıb. 

Kontraktı imzalamada Azərbaycanın yeddiqat çempionundan baş menecer Asif Əsgərov, ispan futbolçu Romero, "JV Spors" agentliyinin nümayəndəsi, futbolçunun meneceri Xoakin Viqeras iştirak edib. 

Məlumatda bildirilir ki, 3 illik müqavilənin qiyməti 1 milyon 200 min avrodur.

Xayme Romeronun 2017-ci ildə CA "Osasuna"dan son klubu "Kordoba"ya keçidi 500 min avro təşkil edib. Üç il ərzində hər mövsüm futbolçuya 400 min avro ödənilib. 

 

Digər xəbərlər