300 milyon avro - Neymarın qiyməti

300 milyon avro - Neymarın qiyməti
Futbol
20 İyun 2019 - 22:26
PSJ ayrılmaq istəyən Neymarın transfer qiymətini müəyyənləşdirib.

Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, Paris klubu braziliyalı futbolçuya 300 milyon avro təzminat qiyməti qoyub. "Barselona"nın Neymar üçün bu məbləği ödəmək fikrində olmadığını, ancaq bir qədər pul və üç futbolçu - Samuel Umtiti, İvan Rakitiç, Usman Dembeleni qarşı tərəfə verməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, 27 yaşlı forvard 2017-ci ildə "Barselona"dan 222 milyon avroya PSJ-yə keçib.

Braziliyalı futbolçu bu mövsüm 28 oyunda 23 qol vurub və 13 effektli ötürmə verib.

Digər xəbərlər