"Neftçi" Rusiya klubunu məğlub etdi

"Neftçi" Rusiya klubunu məğlub etdi
Futbol
20 İyun 2019 - 21:41
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama görüşünə çıxıb.

Supersport.Az xəbər verir ki, Roberto Bordinin komandası Rusiyanın birinci divizionunda çıxış edən "SKA-Xabarovsk" klubuyla oyunda 3:1 hesablı qələbə qazanıb.

20 iyun

Yoxlama görüşü

"Neftçi" - "SKA-Xabarovsk" (Rusiya) - 3:1
Qollar: 
Namiq Ələsgərov, 22, Rəhman Hacıyev, 28, Emin Mahmudov, 45
Topuk yaylası. "Hendek Atatürk" stadionu

Qeyd edək ki, "Neftçi" qonşu ölkədə daha iki yoxlama oyunu keçirəcək. "Ağ-qaralar" iyunun 25-dəki ikinci rəqibi hələ ki, məlum deyil. Paytaxt klubu iyunun 30-da Ukraynanın "Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.

Digər xəbərlər