"Qarabağ" fanatlarından "Partizani"yə "hücum" - Şəkillər

"Qarabağ" fanatlarından "Partizani"yə "hücum" - Şəkillər
Futbol, Foto
19 İyun 2019 - 19:00
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Partizani"nin "Qarabağ"a rəqib düşməsinin ardından Azərbaycan təmsilçisinin fanatları rəqib komandanın sosial şəbəkədə səhifəsinə "hücum" ediblər.

Ağdam və Tirana klubunun azarkeşləri arasında söz atışması olub.

"Qarabağ"ın fanatları komandalarının "Partizani"ni mübarizədən asanlıqla kənarlaşdıracağını bəyan edib, hətta müxtəlif şəkillər paylaşaraq rəqibə psixoloji təzyiq göstərməyə çalışıblar.

Alban futbolçulardan Ansi Aqolli və Admir Teli Azərbaycan klubunda çıxış edib və komanda qitə turnirində "Kukesi"ni mübarizədən kənarlaşdırıb.

Sosial şəbəkə facebook-da "Partizani"ni 199 min, "Qarabağ"ı isə 175 min azarkeş bəyənib.

Digər xəbərlər