"Neftçi"nin baş məşqçisi rəqibdən çəkinir

"Neftçi"nin baş məşqçisi rəqibdən çəkinir
Futbol
18 İyun 2019 - 19:22
"Speranta" adi komanda deyil. Moldovada futbol mövsümü davam edir. Belə olan halda təbii ki, rəqibin fiziki vəziyyəti hazırda bizimkindən daha yaxşıdır. Çünki biz təlim-məşq toplanışına yeni başlamışıq və fiziki hazırlığı yaxşı vəziyyətə gətirəcəyik".

Supersport.Az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Roberto Bordin klubun rəsmi saytına açıqlamasında belə deyib.

İtaliyalı mütəxəssis Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O, Moldova klubunun asan rəqib olmadığını bildirib:

"Təbii ki, Moldova çempionatını, "Speranta"nı yaxşı tanıyıram. Bilirəm ki, bu komandanı kifayət qədər yaxşı məşqçi çalışdırır. Əsas odur ki, ilk oyunu evdə, azarkeşlərimiz önündə keçirəcəyik. Bu üstünlükdən istifadə edib, səfərə sərfəli nəticə ilə yollanacağıq".

Qeyd edək ki, "Neftçi” və "Speranta" arasında ilk oyun iyulun 11-i 8-ci km stadionunda, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.

Digər xəbərlər