"Qarabağ"a münasib rəqiblər

"Qarabağ"a münasib rəqiblər
Futbol
17 İyun 2019 - 20:34
Azərbaycanın yeddiqat çempionu "Qarabağ"ın Çempionlar Liqasının (ÇL) birinci təsnifat mərhələsində potensial rəqiblərinin sayı azalıb.

Supersport.Az-ın qitə futbol qurumunun saytına istinadən yaydığı xəbərə görə, püşkatmadan 1 gün əvvəl UEFA iştirakçıları səpələnmiş və səpələnməmiş qruplarına bölüb. Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:





"Sarayevo" (Bosniya və Herseqovina)

"Sutyeska" (Monteneqro)

"Partizani" (Albaniya)

"Saburtalo" (Gürcüstan)





Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkü sabah saat 16:30-da başlayacaq.

Digər xəbərlər