"Neftçi"dən iki legioner ayrıldı

"Neftçi"dən iki legioner ayrıldı
Futbol
17 İyun 2019 - 15:57
Türkiyədə yeni mövsümün hazırlığını davam etdirən "Neftçi"nin iki üzvü - Baqali Dabo və Soni Mustivar müvəqqəti olaraq komandanın düşərgəsini tərk edib.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hər iki legioner müalicə məqsədilə İtaliyaya göndərilib.
Dabo məşq zamanı ayaq əzələsindən yüngül zədə alıbsa, Mustivar Haiti millisinin təlim-məşq toplanışından zədəli qayıdıb.

Digər xəbərlər