Ukrayna futbolda dünya çempionu oldu

Ukrayna futbolda dünya çempionu oldu
Futbol
16 İyun 2019 - 01:06
20 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan dünya çempionatı başa çatıb.

Supersport.Az xəbər verir ki, turnirin finalında Ukrayna və Cənubi Koreya yığmaları üz-üzə gəlib.

Polşanın keçirilən 22-ci mundialın həlledici oyunu Avropa təmsilçisinin qələbəsiylə yekunlaşıb – 3:1. Bununla da Ukrayna yığması tarixində ilk dəfə dünya çempionu adını qazanıb.

Üçüncü yer uğrunda İtaliya və Ekvador yığmaları qarşılaşıb. Matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtın 95-ci dəqiqəsində İtaliya penaltini qeyri-dəqiq yerinə yetirib. 104-cü dəqiqədə Riçard Mina Ekvadora qələbə qazandırıb. Cənubi amerikalılar turniri 3-cü pillədə başa vurub.

 

Digər xəbərlər