Dünyanın ən qazanclı idmançısı: Messi Ronaldonu geridə qoydu

Dünyanın ən qazanclı idmançısı: Messi Ronaldonu geridə qoydu
Futbol
13 İyun 2019 - 01:10
Supersport.Az-ın məlumatına görə, dünyanın ən çox gəliri olan idmançılarının siyahısı açıqlanıb.

"Barselona"nın argentinalı futbolçusu Lionel Messi 127 milyon dollarla birincidir.

"Forbes" jurnalının son bir il üçün maaş, turnir və sponsor qazanclarına əsasən hazırladığı siyahıda fərqlənən idmançılara yer alıb.

"Yuventus"un portuqaliyalı oyunçusu Kriştiano Ronaldo 109 milyonla ikinci, PSJ-nin braziliyalı ulduzu Neymar 105 milyonla üçüncüdür.

Meksikalı boksçu Kanelo Alvares, isveçrəli tennisçi Rojer Federer də ilk "beşlik"dədir.

Son 1 ildə ən qazanclı 10 idmançı:

1. Lionel Messi 127 milyon dollar

2. Kriştiano Ronaldo 109 milyon dollar

3. Neymar 105 milyon dolalr

4. Kanelo Alvares 94 milyon dollar

5. Rojer Federer 93,4 milyon dollar

6. Russell Vilson 89,5 milyon dollar

7. Aaron Rodjers 89,3 milyon dolar

8. LeBron Ceyms 89 milyon dollar

9. Stefen Karri 79,8 milyon dollar

10. Kevin Durant 65,4 milyon dollar

Digər xəbərlər