Hamşikdən Bakıda rekord

Hamşikdən Bakıda rekord
Futbol
12 İyun 2019 - 12:22
AÇ-2020-nin seçmə mərhələsində Bakıda Azərbayacana 5:1 hesablı qələbə qazanan Slovakiya millisinin kapitanı Marek Hamşik rekord göstəriciyə nail olub.

Supersport.Az xəbər verir ki, matçda iki qol vuran 31 yaşlı yarımmüdafiəçi yığmada ən çox qol vuran futbolçu adını qazanıb. O, 114-cü oyununda 24-cü qolunu vurub.

Hamşik aktivində 23 qol olan Rober Vitteki geridə qoymağa müvəffəq olub.

Digər xəbərlər