Qurbanov "Keşlə"də

Qurbanov "Keşlə"də
Futbol
10 İyun 2019 - 16:28
"Səbail"dən ayrılan Ruslan Qurbanov "Keşlə"yə keçib.

Supersport.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
R.Qurbanov daha əvvəl "Neftçi", "Sumqayıt" və "Qəbələ"də də çıxış edib. O, ötən mövsüm "Səbail"in heyətində 24 oyuna 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

Xatırladaq ki, "Keşlə" bundan əvvəl qapıçı Rəşad Əzizlini də heyətinə cəlb edib.

Digər xəbərlər