Ruslan Abışov bu klubu seçir

Ruslan Abışov bu klubu seçir
Futbol
10 İyun 2019 - 09:29
"Neftçi"nin kapitanı Ruslan Abışov bir sıra klubların transfer siyahısındadır. Təcrübəli futbolçuyla "Qarabağ", "Sabah", "Səbail"in maraqlandığı bildirilir.

Supersport.Az-a daxil olan məlumata görə, 32 yaşlı mərkəz müdafiəçi böyük ehtimalla karyerasını Aftandil Hacıyevin komandasında davam etdirəcək.

"Neftçi"nin heyətində Mamadu Mbodj, Kiril Petrov və Anton Krivotsyuk kimi mərkəz müdafiəçiləri olduğu halda, paytaxt təmsilçisi son olaraq "Qəbələ"dən Vojislav Stankoviçi gətirib.

Paytaxt təmsilçisinin baş məşqçisi Roberto Bordin uzun müddət zədə səbəbindən ötən mövsüm əksər oyunları qaçıran Ruslan Abışovla yolları ayırmaq istəyir.

Ruslanın hazırkı komandasıyla 1 il müqaviləsi qalsa da, Avropa Liqasında iştirak edəcək "Səbail"ə keçəcəyi haqda xəbər verilib.

Digər xəbərlər